Neymarı təpiklədilər (FOTO)

Neymarı təpiklədilər (FOTO)
13:56 12 Yanvar 2015
153 İdman
Ölkə mətbuatı
A- A+

Bu gecə baş tutan "Barselona"-"Atletiko Madrid" matçında xoşagəlməz hadisə baş verib. ANS PRESS-in məlumatına görə, Ximenezin Neymarın topuğuna zərbəsinin görüntüləri yayılıb.

"Barselona"nın 3-1 hesablı qələbəsi ilə başa çatan oyun gərgin mübarizə şəraitinə keçib.

Katoloniyalıların qollarının müəllifləri Neymar, Suarez və Messi olub. Oyunun 17-ci dəqiqəsində Ximenezin yerdən Neymara zərbəsi gənc oyunçunun zədələnməsinə səbəb olub. Braziliyalı ulduz yerə yıxılaraq ağrıdan qıvrılmağa başlayıb. Topuğunda qanama olduğu üçün oyunçu stadiondan kənara çıxarılıb.

Braziliyalı ulduz qanlı corabını göstərərək hakimin qərarına etiraz edib.

Ümumiyyətlə oyun sərt hərəkətlərlə yadda qalıb. Bu hadisədən 4 dəqiqə sonra "Atletiko Madrid"li Ximenes öncə Messi, sonra isə Alvəsə qarşı kobudluq edib. Manjdjukiç isə Busqetsi itələyib.

İkinci hissədə mübarizə daha gərgin olub. Hakim oyuna nəzarəti itirib, futbolçular bir-birinə təpik, sillə atmağa başlayıblar.

Hakim 90 dəqiqiə ərzində 9 dəfə sarı kart çıxarıb. Onların 6-ı "Atletiko Madrid"li oyunçulara göstərilib.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=319149

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR