ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı xalq
artisti Brilliant Dadaşova olub.
Publika.az xəbər verir ki, Xalq artisti artıq
oxumaq istəmədiyini deyib:
“Oğluma deyirəm ki, qurban olum sənə, çoxlu pul qazan, mən oxumaq
istəmirəm. Çox əfsuslar olsun ki, bu sənətdə belə mühit formalaşıb.
Artıq oxumaq istəmirəm. İki, üç veriliş var ki, mən ora çıxa
bilirəm, onlar ürəyimcədir. Get-gedə fikirləşirəm ki, nə oldu bizə.
Nəyə görə bizim musiqi belə dəyişir? Kim icazə verir buna. Bəlkə də
günah elə özümüzdədir”.