Bakıda polis qəza törətdi, hadisə yerindən qaçdı (VİDEO)

Bakıda polis qəza törətdi, hadisə yerindən qaçdı (VİDEO)
13:56 12 Yanvar 2015
176 Sosial
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonunda polis əməkdaşının idarə etdiyi avtomobil sürət həddinin aşılması nəticəsində qəza törətdi.

ANS TV-nin məlumatına görə, hadisə zamanı Azadlıq prospekti ilə Rəsulzadə qəsəbəsi istiqamətində hərəkətdə olan “Nissan” maraklı minik maşını sürücünün nəzarətindən çıxaraq əvvəlcə səkilərə çırpılıb. Sürətin boyük olmasi minik avtomobilinin meyilliyi olan yamaca qalxmasına səbəb olub. Tarazlığı pozulan “Nissan” elə oradan yolun ortasına aşıb. Maşını çevrilmiş vəziyyətdə qoyan sürücü isə ərazidən uzaqlaşmağa müvəffəq olub.

Əraziyə cəlb olunan Yol Patrul Xidminin əməkdaşları maşına baxış keçiriblər. Bizimdə müşahidələrimiz zamanı bəlli oldu ki, avtomobili polis əməkdaşı idarə edirmiş. Bunu deməyə əsas kimi isə maşının içərisində olan xüsusi uniformanı göstərmək olar. Hadisə yerinin müayinə bitdikdən sonra “Nissan” cərimə dayanacağına təmin edilməsi üçün evakuatora yükləndi.

Binəqədi rayon Dövlət Yol Polisi İdarəsində aparılacaq araşdırmaların sonunda maşının sahibinin kimliyinə və nə üçün ərazini tərk etməsinə aydınlıq gətiriləcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=319157

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR