Dünya ulduzları, tanınmış ifaçılar və aktrisalar daim öz gözəl xarici görünüşləri, bədən quruluşları ilə bir çoxlarının diqqətini çəkib. Bir çox insanlar da onların bu gözəlliklərinə daim qibtə ediblər.
Onlar gözəl görünmək, arıqlamaq üçün illərlə əziyyət çəkir, pəhriz saxlayır, müxtəlif plastik əməliyyatlar etdirirlər.
Lakin bəzən bunlar da kifayət etmir. Halbuki bir çox məşhurlar bircə toxunuşla, bir neçə dəqiqə ərzində çoxlarının nail ola bilmədikləri gözəl, hətta bəzən mükəmməl xarici görünüşə, bədən quruluşuna sahib olurlar.
Bunun üçün isə nə plastik əməliyyatlar, nə də ki, pəhriz lazımdır. Sadəcə "Photoshop"u bilmək kifayət edir. Onlar özlərini heç vaxt olmadıqları və bəlkə də, ola bilməyəcəkləri qədər gözəl göstərirlər.
ANS PRESS oxuculara bəzi məşhurların "fotoşop"dan əvvəl və sonrakı görünüşlərini təqdim edir.