15 min litr dizeli butulkada satmaq istədi

15 min litr dizeli butulkada satmaq istədi
14:05 12 Yanvar 2015
132 Dünya
Ölkə mətbuatı
A- A+

İranın İslamşəhər şəhərində dizel yanacağı qaçaqmalçılığı ilə məşğul olan iki nəfər həbs olunub. Bunu şəhər polis idarəsinin rəisi İbrahim Həsənabadi deyib.

Bu barədə Trend İran "Young journalist club"-ın saytına istinadən məlumat verir.

Onun sözlərinə görə, ilkin araşdırma zamanı məlum olub ki, qaçaqçılar qeyri-qanuni yolla 15 min litr dizel yanacağı əldə edərək 10 min ədəd 1,5 litrlik şirə butulkasına doldurublar.

İ.Həsənabadi qeyd edib ki, həbs olunan iki nəfər dizel yanacağını Dezful şəhərindən əldə etdiklərini və Əfqanıstana apararaq orada satmaq istədiklərini bildiriblər.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR