Bakıda mənzildə təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.
Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, partlayış ötən gün saat 02.30 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Şahmar Namazova məxsus mənzildə qeydə alınıb.
Partlayışa səbəb təbii qazın sızması olub.
Nəticədə 60 kv.m sahədə ev əşyaları yanıb, orada kirayədə yaşayanlar - Bakı şəhər sakinləri Şaiq Aşurov, onun arvadı Xalidə, oğlu Rəvan və Rusiya Federasiyası vətəndaşı Elşən İsmayılov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Milli.Az