Avropa İttifaqı “Şərq tərəfdaşlığı” ölkələri ərazisində yayımlanacaq rusdilli telekanal yarada bilər

Avropa İttifaqı “Şərq tərəfdaşlığı” ölkələri ərazisində yayımlanacaq rusdilli telekanal yarada bilər
14:07 12 Yanvar 2015
144 Dünya
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 14:01 ]


BakıAPA. Avropa İttifaqına sədrlik edən Latviya yanvarın 19-da Aİ ölkələri xarici işlər nazirlərinin görüşündə yeni rusdilli televiziya kanalının yaradılması barədə məsələ qaldıracaq. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, telekanal “Şərq tərəfdaşlığı” ölkələrindəki (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, Belarus) rusdilli auditoriya üçün nəzərdə tutulur.   

 

Rusiya XİN məsələyə münasibət bildirib. Moskva hesab edir ki, əks-təbliğat məqsədli rusdilli kanalın yaradılması söz azadlığı prinsipinə ziddir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368757

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR