Azərbaycanın bir neçə rayonunda küçə reklamları və adları, lövhələr, afişalarla bağlı monitorinq aparılacaq

14:17 12 Yanvar 2015
177 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 14:13 ]


Bakı. Könül Kamilqızı - APA. Azərbaycanın bir neçə rayonunda - Quba, Şamaxı, Bərdə, Gəncə və Sumqayıtda  küçə reklamları və adları, lövhələr, afişalarla bağlı monitorinq aparılacaq.

 

AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli APA-ya açıqlamasında deyib ki, bunlar sadə işlər deyil və həyata keçirilməsi üçün təşkilati, maliyyə dəstəyi lazımdır.

 

Hələlik institutun belə imkanlarının olmadığını deyən Q.Məhərrəmli əlavə edib ki, bu işlər müəyyən qurumların, xüsusilə Bilik Fondunun köməyi ilə həyata keçiriləcək: “Artıq Bakının Nəsimi və Səbail rayonunda küçə reklamları və adları, lövhələr, afişalarla bağlı monitorinq yekunlaşıb, Nərimanov rayonunda isə işlər davam edir. Hazırda iki rayonun nəticələri təhlil olunmaqdadır və bu da müəyyən vaxt tələb edir”.

 

Q.Məhərrəmlinin sözlərinə görə, bu il üçün ən böyük iş “Qaynar xətt”in işə salınmasıdır. O qeyd edib ki, “Qaynar xətt” monitorinq işlərinin  güclənməsinə şərait yaradacaq. Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə danışıqlar aparılır: "Bu işlər dövlət proqramında qarşıya qoyulan vəzifədir və gerçəkləşdirmək vacibdir".


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368755

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR