Kerri İranı dilə tutur

Kerri İranı dilə tutur
14:26 12 Yanvar 2015
147 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın dövlət katibi Con Kerri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə qarşıdakı görüşdə İranın nüvə proqramı üzrə danışıqların irəliləyişi üçün əsası qoymaq niyyətindədir.

ANS PRESS-in məlumatına görə o, yanvarın 12-də bildirib ki, biz ən böyük irəliləyişə nail olmaq üçün danışıq prosesinin sürətlənməsinə ümidvarıq.

Məhəmməd Cavad Zərif daha əvvəl deyib ki, İran nümayəndə heyəti Cenevrədə nüvə proqramı üzrə danışıqları sürətləndirməyə çalışacaq.

Xatırladaq ki, İranın xarici işlər naziri ilə ABŞ-ın dövlət katibinin görüşü yanvarın 14-də Cenevrədə baş tutmalıdır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319161

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR