Qarabağ kanalında ölüm

Qarabağ kanalında ölüm
14:31 12 Yanvar 2015
165 Ölkə
Ölkə mətbuatı
A- A+

35-40 yaşlı kişi Kür çayının sahilində ölü tapılıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, yanvarın 10-da Şəmkir rayonunun Ceyrançöl adlandırılan ərazisində Kür çayının sahilində üzərində zorakılıq əlamətləri görünməyən 35-40 yaşlı kişi meyiti tapılıb.

Bununla yanaşı, daha bir ölüm hadisəsi Qarabağ kanalında baş verib. Ötən il dekabrın 27-də itkin düşmüş Yevlax rayon sakini Novruz Abdullayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti Qarabağ kanalının Ağcabədi rayonunun Xocavənd kəndinin ərazisindən keçən hissəsində tapılıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=319151

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR