Ermənistanda bir ailənin 6 üzvü güllələnib

Ermənistanda bir ailənin 6 üzvü güllələnib
14:32 12 Yanvar 2015
151 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda bu səhər rus əsgəri 6 nəfəri güllədən keçirib.

Gümrü şəhərində səhər bir ailənin altı üzvü güllələnib. Hadisə Myasnikyan küçəsindəki evdə baş verib. Güllə yarası alanlardan beşi hadisə yerində keçinib. Ölənlərdən biri azyaşlıdır.

Anspress-in məlumatına görə, bu gün Ermənistanın Gümrü şəhərində yaşanan dəhşətli hadisənin bəzi məqamları açıqlanıb.

Güllələnərək qətlə yetirilənlərin bir ailənin üzvü olduğu müəyyən edilib. Öldürülənlən ər, arvad, onların oğlu və gəlini, azyaşlı nəvəsi olub.

İlkin məlumata görə, cinayətin törədilməsində 102-ci Rusiya hərbi bazasının əsgəri şübhəli bilinir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR