Braziliya millisi DÇ-2018-dəki ikinci oyununda Kosta-Rikanı 2:0 hesabı ilə məğlub edib ki, qollardan birini də Neymar vurub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Neymar millidəki qollarının sayını 56-ya çatdırıb.
PSJ-nin forvardı Romarionu geridə qoymaqla qol sayına görə yığmanın bombardirləri siyahısında üçüncü pilləyə yüksəlib.
Hazırda Neymar yalnız Ronaldo (67 qol) və Peledən (77) geri qalır.
Milli.Az