Nazirlikdən ermənilərə cavab: "Separatçı-marionet rejimdən soruşmaq fikrimiz yoxdur"

Nazirlikdən ermənilərə cavab: "Separatçı-marionet rejimdən soruşmaq fikrimiz yoxdur"
14:37 12 Yanvar 2015
164 Digər
Ölkə mətbuatı
A- A+

"İşğalçıların hərəkətinə nəzarət etmək məqsədilə Silahlı Qüvvələr silahlanmada olan istənilən qurğu və vasitələrdən istifadə edib, bundan sonra da istifadə edəcək".

Azərbaycan Müdafiə Nazirliyi erməni mətbuatında bu gün cəbhə xətti üzərində Azərbaycan Silahlı Qüvvələrinə aid pilotsuz uçuş aparatlarının uçuşlarının qeydə alınması barədə yer alan məlumatlara münasibət bildirib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan öz suveren ərazilərində ixtiyarında olan istənilən texnikadan – pilotsuz uçan aparatlardan, helikopter, təyyarə, kosmik peyk və digər vasitələrdən istifadə edir.
 
"Bu məsələ heç kim, o cümlədən də ərazilərimizi işal etmiş Ermənistan üçün də yeni xəbər deyil. Öz ərazilərimizdə nədən istifadə edib-etməməyi separatçı-marionet rejimdən soruşmaq fikrimiz də yoxdur. İşğalçıların hərəkətinə nəzarət etmək məqsədilə Silahlı Qüvvələr silahlanmada olan istənilən qurğu və vasitələrdən istifadə edib, bundan sonra da istifadə edəcək", - deyə nazirlik bəyan edib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/318627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR