Baş Prokurorluq sistemində YENİ TƏYİNATLAR

Baş Prokurorluq sistemində YENİ TƏYİNATLAR
14:44 12 Yanvar 2015
282 Ölkə
Ölkə mətbuatı
A- A+

Zakir Qaralovun köməkçiləri yuxarı vəzifələrə irəli çəkilib

Azərbaycanda prokurorluq orqanlarında yeni təyinatlar olub.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə baş prokurorun köməkçisi Anar Nəsibov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

 

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi vəzifəsinə isə Baş prokurorun digər köməkçisi Orxan İsayev təyin olunub.

 

Z. Qaralovun imzaladığı daha bir əmrlə Baş prokurorun köməkçisi Günay İsmayılova Baş Prokurorluğun kadrlar idarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki,  Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat şöbəsinin rəisi Vüqar Əliyev də tutduğu vəzifədən azad edilib və ona Nərimanov rayon prokurorunun vəzifəsini icrası tapşırılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190085

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR