Con Kerri avtomobil qəzasına düşdü

Con Kerri avtomobil qəzasına düşdü
14:49 12 Yanvar 2015
147 Dünya
Ölkə mətbuatı
A- A+

 

 

ABŞ dövlət katibi Con Kerrinin avtomobil korteci Hindistanın Əhmədabad şəhərində hava limanına gedərkən qəzaya uğrayıb.


 

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib.

 

Onun sözlərinə görə, kortecdə qəzaya uğrayan iki avtomobilin birində Con Kerriolub.

 

C. Psaki qeyd edib ki, ABŞ dövlət katibi və onu müşayiət edənlər xəsarət almayıblar.

 

C. Psaki hadisənin necə baş verməsi barədə tam açıqlama verməsə də, avtomobillərdən birinin sıradan çıxdığını, C. Kerrinin yola başqa avtomobildə davam etdiyini deyib.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190086

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR