Ohanyan öz ordusunu pislədi

Ohanyan öz ordusunu pislədi
14:56 12 Yanvar 2015
186 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan müdafiə naziri ordusunun qeyri-peşəkarlığından danışıb.

ANS PRESS-in məlumatına görə, erməni nazir son günlər təmas xəttində baş verən gərginlik və erməni hərbi qulluqçularının öldürülməsi xəbərini şərh edərkən erməni əsgərlərinin aşağı olan peşəkarlığını artırılmasının vacibliyini bildirib.

Seyran Ohanyan komandirlərə müstəqillik vermək təşəbbüsü də qaldırıb. "2014-cü il bizim üçün çox ağır keçdi. Cəbhədə itkilər verdik. Biz indi elə etməliyik ki, batalyon və bölük komandirləri özləri müstəqil fəaliyyət planı hazırlasınlar", - deyə Ohanyan bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 51 dəfə pozulduğu bildirilib.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex, Barekamavan, Şavarşavan, İcevan rayonunun Berkaber, Azatamut kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Qızılhacılı, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Şıxlar, Şuraabad, Kəngərli, Qaraqaşlı, Baş Qərvənd kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Ötən gün də cəbhə xəttində atəşkəs pozulub. Sutka ərzində atəşkəs rejimi ümumilikdə 49 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Cəvahirli, Şıxlar, Şirvanlı, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=319177

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR