Əməkdar artist nənə olmaq istəyir

Əməkdar artist nənə olmaq istəyir
15:05 12 Yanvar 2015
237 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Almaz Ələsgərli qızlarından çox razıdır
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Onlar"a açıqlama verən müğənni nənə olmaq arzusundadır:

"Bir qızım xaricdədir, həm oxuyur, həm də işləyir, tibb bacısıdır. İkinci qızım burada yanımdadır, turizm sahəsində çalışır. İndi balaca qızım burada yoxdur, bacısının yanına dincəlməyə gedib. Ürəyim gedir nənə olmaqdan ötrü, amma hər şeyin vaxtı var.

Mən kiməm ki?.. Allahın məsləhətidir. Qismət nə vaxtdırsa, onda da olacaq. Qızlarımdan narahat deyiləm, onlardan çox razıyam. Övladlar var ki, anaya cavab qaytarır, ona baxmırlar. Qızlarım məni çox istəyirlər. Onlar mənim üçün Allahın hədiyyəsidir”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/318632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR