Günün hərəkəti Ardadan gəldi (VİDEO)

Günün hərəkəti Ardadan gəldi (VİDEO)
15:11 12 Yanvar 2015
215 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasında növbəti mərkəzi qarşılaşma baş tutub.

ANS PRESS-in məlumatına görə, "Barselona" - "Atletiko Madrid"i Nou Kamp-da qonaq edib. Matçda oyundan daha çox türkiyəli futbolçu Arda Turanın bir hərəkəti diqqət çəkib. Belə ki, futbolçu yan xətdən topu komanda yoldaşlarına ötürmək istəyib. Ancaq Pike onun qarşısını kəsərək futbolçuya maneə yaratmaq istəyib.

Arda Pikenin bir anlıq boşluğundan yararlanaraq topu onun ayaqları arasından Fernando Torresə ötürüb. Bu hərəkət İspaniyanın nüfuzlu idman qəzetlərində ilk səhifələrdə yer alıb. "Marka" qəzeti Ardaya təriflər yağdırıb və futbolçunun istedadına diqqət çəkib.

Qeyd edək ki, matç "Barselona"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticənin ardından "Barselona" xalını 41-ə qaldırıb. "Atletiko Madrid" isə zirvə yolunda ağır bir yara alaraq 38 xalda qalıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=319178

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR