“Çarli Hebdo” satirik jurnalının yeni buraxılışında Məhəmməd (s) peyğəmbərin karikaturaları dərc ediləcək.
ANS PRESS-in məlumatına görə, jurnalda peyğəmbər, siyasət və din mövzusunda satira və karikaturalara yer veriləcək. Terror aktından sonra jurnal 1 milyon tirajla çıxacaq. Jurnal öz xəttindən geri çəkilmək niyyətində olmadığını bildirib.
Jurnalın vəkili Rişar Malka "France Info" radiosuna açıqlamasında jurnalın yeni nömrəsinin 14 yanvarda işıq üzü görəcəyini bildirib. Vəkil jurnalistlərin yeni nömrənin hazırlanması üçün fəal şəkildə işlədiklərini söyləyib.
Xatırladaq ki, Fransada Məhəmməd (s) peyğəmbərin karikaturalarını yayımladığına görə, “Çarli Hebdo” satirik jurnalına basqın olub. Həmin hadisəsən sonra daha bir neçə polis öldürülüb, insidentlər 3 gün davam edib.
Nəticədə 17 nəfər ölüb, 10-larla insan yaralanıb. Polisin xüsusi əməliyyatları zamanı 3 terrorçu isə məhv edilib.