Putin terrordan danışdı

Putin terrordan danışdı
15:26 12 Yanvar 2015
162 Dünya
Ölkə mətbuatı
A- A+

"Rusiyada prokurorluq əməkdaşları terrorizmin bütün hallarını aşkarlamalı, əlaqələrini tam kəsməlidir. Onlar ekstremizm və dözülməzlik hallarına qarşı mübarizəni gücləndirməlidir."

ANS PRESS-in məlumatına görtə, bunu Rusiya prezidenti Vladimir Putin ölkəsində Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirib.

Bu münasibətlə keçirilən mərasimdə dövlət başçısının təbrik məktubunu Kreml Administrasiyasının rəhbəri Serqey İvanov oxuyub.

V.Putin təbrikdə deyib: "Terrorizmin və ekstremizmin istənilən təzahürlərinin aradan qaldırılması ilə bağlı məsələlər yorulmaq bilməyən diqqət tələb edir. Milli, dini və sosial dözümsüzlük ideyalarının təbliğatına yol verilməməlidir."

O vurğulayıb ki, prokurorluq işçiləri həmçinin ölkə daxilində törədilən cinayətlərin açılmasına, korrupsiyaya qarşı mübarizəyə, qanun-qaydanın və ictimai təhlükəsizliyin möhkəmləndirilməsinə xüsusi diqqət ayırmalıdırlar.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319180

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR