"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednikin yeni komandası müəyyənləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis ölkəsinin "Petrolul" klubunu çalışdıracaq.
53 yaşlı mütəxəssisin təqdimatı bu gün keçiriləcək. Yanvarın 15-də təlim-məşq toplanışını üçün Türkiyənin Antalya bölgəsinə yollanacaq "Petrolul" klubu ilk yoxlama matçında Azərbaycan təmsilçisi "Neftçi" ilə qarşılaşacaq. Oyun yanvarın 23-də keçiriləcək.
Qeyd edək ki, Rednik 2012-ci ilin iyunundan oktyabrınadək "Petrolul" klubunu çalışdırıb.
Milli.Az
Milli.Az