Hərbçilər ayağa qaldırıldı

Hərbçilər ayağa qaldırıldı
16:01 12 Yanvar 2015
154 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada 10 minə yaxın hərbçi və polis əməkdaşı küçələrdə patrul və mühafizə xidmətində iştirak edəcək.

ANS PRESS-in məlumatına görə, bunu ölkənin müdafiə naziri Jan-İv Le Drian açıqlayıb. Nazirin sözlərinə görə, hərbçilərin səfərbər edilməsinə dair qərarı Fransa prezidenti Fransua Oland ölkənin təhlükəsizliyi məsələləri ilə bağlı iclas zamanı qəbul edib.

Təhlükəsizlik məsələsi ötən həftə paytaxt Parisdə polis tərəfindən mühafizə olunan "Charlie Hebdo" satirik jurnalına hücumdan sonra gündəmə gəlib.

Bir neçə terror hücumu nəticəsində 3 gün ərzində 17 nəfər ölüb, iki əməliyyat zamanı isə 3 terrorçu öldürülüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319197

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR