Rumıniyanın dövlət aviaşirkəti TAROM Buxarestdən Bakıya birbaşa reys açmağı planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu şirkətin baş direktoru Verner Volf deyib.

V.Volf bildirib ki, aviaşirkət 2018-ci ilin sonunadak Bakı, Odessa və Tbilisiyə birbaşa aviareyslər açmağı nəzərdə tutur və bununla əlaqədar yeni təyyarələrin alınması planlaşdırılır.

Qeyd olunur ki, uçuşların A318 təyyarəsi ilə həyata keçirilməsi nəzərdə tutulur.

Milli.Az