Azərbaycanda sərnişindaşıma bahalaşıb - RƏSMİ

Azərbaycanda sərnişindaşıma bahalaşıb - RƏSMİ
16:14 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Ötən ay nəqliyyat sektorunda yükdaşıma tarifləri 1 faiz, sərnişindaşıma tarifləri isə 2,6 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 15,5 faiz, digər xarici ölkələr üzrə isə 8,2 faiz bahalaşma müşahidə olunub. 
Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 8,7 faiz bahalaşıb. 
 

Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190099

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR