Səudiyyə Ərəbistanının Əl-Kasim mərkəzi inzibati dairəsinda polis postuna silahlı hücum olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, silahlı hücum nəticəsində bir polis əməkdaşı və bir Banqladeş vətəndaşı həlak olub.

Səudiyyə Ərəbistanı DİN-nin nümayəndəsi bildirib ki, üç naməlum silahlı avtomobildən postu atəşə tutub. Polislər cavab atəşi ilə 2 silahlını öldürüb, 1-ni isə yaralanıb.

Prokurorluq hadisə ilə bağlı araşdırmaya başlayıb.

Milli.Az