Boks üzrə Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib

16:27 12 Yanvar 2015
185 İdman
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 16:22 ]

Bakı – APA. Şağan Olimpiya Kompleksində boks üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, artıq yarışda yarımfinalçıların adları məlum olub.

 

Gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı Məsud Yusifzadə (52 kq) Təbriz Şirvanini məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb. Yarımfinalda onun rəqibi “Gilan” klubunun üzvü Kamran Məlikov olacaq.

 

49 kq çəki dərəcəsində Azərbaycan kubokunun qalibi olmuş Araz İmaməliyev 52 kq çəki dərəcəsində də yarımfinala yüksəlib. O, 1/4 finalda texniki nokautla Mehdi Seyidovu məğlub edib.

 

60 kq çəki dərəcəsində əsas favoritlərdən olan milli komandamızın üzvü Elvin İsayev də yarımfinalda gücünü sınayacaq.

 

Lorenzo Sotomayorun (64 kq) 1/4 finalda uduzması ölkə çempionatının əsas gözlənilməz nəticələrindən sayılır. Kuba əsilli boksçu Lənkəran idmançısı Xəzər Əliyevə məğlub olub.

 

69 kq çəki dərəcəsində Romal Aslanovla Elnur Süleymanov arasında qarşılaşma böyük maraqla gözlənilirdi. 3:0 hesabı ilə qalib gələn “Gilan” klubunun nümayəndəsi Aslanov yarımfinala vəsiqə qazanıb.

 

“Baku Fires” klubundan ayrıldıqdan sonra “Gilan”ın şərəfini qoruyan Xaybulla Musalov da (75 kq) mübarizəni davam etdirir. O, Kuba əsilli boksçu Rayko Santanadan üstün olub – 3:0.

 

81 kq çəki dərəcəsində Vətən Hüseynli ilə Elvin Qəmbərov yarımfinalda üz-üzə gələcəklər. Bu çəkidə digər yarımfinal cütlüyündə isə son ölkə çempionu Rauf Rəhimov Eldar Quliyevi sınağa çəkəcək.

 

Qeyd edək ki, Azərbaycan çempionatına yanvarın 13-də yekun vurulacaq. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368782

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR