“Charlie Hebdo” jurnalının növbəti sayında Məhəmməd peyğəmbərin yeni karikaturaları yer alacaq

16:32 12 Yanvar 2015
142 Dünya
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 16:30 ]


Bakı. Rüfət Əhmədzadə - APA. Fransanın “Charlie Hebdo” jurnalının növbəti sayında Məhəmməd peyğəmbərin yeni karikaturaları yer alacaq.

 

APA-nın RTL-ə istinadən verdiyi məlumata görə, bu barədə jurnalın vəkili Rişar Malka “France İnfo” radiosunun efirində bildirib.

 

O qeyd edib ki, “Charlie Hebdo” jurnalının yeni sayı yanvarın 14-də satışa çıxarılacaq.

 

“Biz geri çəkilməyəcəyik. Əks halda, bütün bunlar mənasını itirərdi”, – deyə R. Malka bildirib.

 

Vəkilin sözlərinə görə, “Je suis Charlie” ( Mən Çarliyəm) şüarı özü-özlüyündə həm də “Dinimi tənqid etməyə haqqınız var” mənasına gəlir.

 

“Bizim yəhudini yəhudi, müsəlmanı müsəlman, xristianı da xristian olduğuna görə tənqid etməyə haqqımız yoxdur. Lakin siz islam, xristianlıq və yəhudiliklə bağlı hər şeyi deyə bilərsiniz. Biz də bunu edirik”, – deyə R.Malka vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368784

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR