Türkiyədə 5 aylıq körpə faciəvi şəkildə ölüb. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Karaman şəhərininn Başyayla qəsəbəsində şişirdilmiş şarın partlaması nəticəsində 5 aylıq Eylül Duru Kırpınar həyatını itirib.
Bildirilir ki, yanvarın 10-da 25 yaşlı Didar Kırpınar oynaması üçün 5 aylıq körpəsinə şişirdiyi şarı verib və yemək bişirmək üçün mətbəxə gedib. Bir müddətdən sonra şarın partlama səsini eşidib. Otağa daxil olanda o, körpəsinin hərəkətsiz qaldığını görüb. Təcili yardım stansiyasının həkimləri 5 aylıq körpənin öldüyünü bildiriblər.