Çeyrançöldə tapılmış meyitin şəxsiyyəti müəyyən edildi

Çeyrançöldə tapılmış meyitin şəxsiyyəti müəyyən edildi
16:38 12 Yanvar 2015
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İlkin İzzət/

Şəmkir rayonunda tapılmış meyitin şəxsiyyəti müəyyən edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Şəmkir rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da “Ceyrançöl” adlanan ərazidə tapılmış meyitin Gəncə şəhər sakini Mətləb Məmmədov olması müəyyən edilib.

Qeyd edək ki, DİN-in bir gün öncə yaydığı məlumatda bildirilirdi ki, yanvarın 10-da Şəmkir rayonunun "Ceyrançöl" adlandırılan ərazisində Kür çayının sahilində üzərində zorakılıq əlamətləri görünməyən 35-40 yaşlı kişi meyiti tapılıb.

Faktla əlaqədar istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2352250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR