Kim restoran açır?

Kim restoran açır?
16:41 12 Yanvar 2015
160 Digər
Ölkə mətbuatı
A- A+

Şimali Koreya lideri Kim Çen In Avropa ölkələri ilə diplomatik münasibətlərini düzəltməyə çalışır. ANS PRESS-in məlumatına görə, qərb mətbuatı artıq Kimin Şotlandiya da restoran açmağa hazırlaması barədə xəbərlər yayır.

Şotlandiyada bir müddət öncə keçirilən referendum burada yaşanları iki yerə bölüb. Solçu düşüncəlilərin sayı artıq artmağa başlayır. Bu isə Kim Çen Inın diqqətini cəlb edib və Şotlandiyanı onun üçün cəlbedici edib.

"Restorana gələnlərə isə ənənəvi Koreya yeməyi - it ətindən şorba təklif edilə bilər", deyə "The Mirror" yazır.

Ümumiyyətlə Şimali Koreya qapalı ölkədir. Tez-tez bu ölkədən inanılması çətin olan xəbərlər yayılır. Məsələn, yayılan məlumatlara görə, Kim Çen In öz əmisini edam etdirərək onu itlərə yem edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319182

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR