İngiltərənin “Stok Siti” klubu və İsveçrə yığmasının yarımmüdafiəçisi Şerdan Şakiri “Liverpula” keçib.

APA-nın xəbərinə görə, bunu “Liverpul” klubunun mətbuat xidməti bəyan edib. Məlumata görə, 26 yaşlı Ş.Şakiri ilə uzunmüddətli müqavilə imzalanıb.

2015-ci ildən “Stok Siti”nin şərəfini qoruyan Ş.Şakiri əvvəllər “Bazel”, “Bavariya” və Milanın “İnter” klubunda çıxış edib. Ötən mövsümdə 36 dəfə meydana çıxan isveçrəli futbolçu 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. İsveçrə millisinin heyətində 74 matç keçirlən Ş.Şakiri 21 dəfə rəqib qapısına yol tapıb.