Bakıda balıq tutmağa gedən kişi yoxa çıxdı (VİDEO)

Bakıda balıq tutmağa gedən kişi yoxa çıxdı (VİDEO)
16:46 12 Yanvar 2015
202 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda balıq tutmaq adı ilə evdən çıxan şəxs itkin düşüb. Qaradağ rayonu Polis İdarəsinin 10-cu polis bölməsindən ANS-ə verilən məlumata görə, 59 yaşlı Sabetov Fərid Fail oğlu ötən il dekabrın 1-də evdən çıxıb.

Fərid Sabetov saat 15 radələrində yaşadığı Lökbatan qəsəbəsi 1-ci massiv, 1-ci küçə, ev 1-dən balıq tutmaq adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Sabetov Fərid Fail oğlunun boyu 170 sm, arıq bədən quruluşlu, saçları ağ, gözləri isə qonur qəhvəyidir.

Evdən çıxarkən əynində göy cins şalvar, göy gödəkçə, ayağında isə qara ayaqqabı olub.

Onu görənlər (012) 445 22 22 şəhər, (055) 244 00 28 və (050) 358 00 66 mobil nömrələrinə zəng edə bilərlər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=319209

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR