İnterpol Viktor Yanukoviç barəsində axtarış elan etdi

İnterpol Viktor Yanukoviç barəsində axtarış elan etdi
16:48 12 Yanvar 2015
110 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

İnterpolun xüsusi komissiyası Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviç, onun oğlu Aleksandr Yanukoviç, sabiq Baş nazir Nikolay Azarov və digər keçmiş yüksəkvəzifəli məmurlar barəsində beynəlxalq axtarış elan edilməsi barədə qərara qəbul edib. Trend-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Ukraynanın daxili işlər naziri Arsen Avakov bəyan edib.

A.Avakov "Facebook" səhifəsində yazıb: "İnterpol Yanukoviç Viktor Fyodoroviç, Yanukoviç Aleksandr Viktoroviç, Azarov Nikolay Yanoviç, Boqatıryev Raisa Vasiliyevna, Kolobov (Ukraynanın sabiq maliyyə naziri), Dzekon (“Ukrtelekom”un sabiq rəhbəri) barəsində beynəlxalq axtarış elan edib”.

Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, İnterpolun xüsusi komissiyası 2014-cü ilin martında Ukrayna hakimiyyətinin müraciətindən sonra müvafiq qərar qəbul edib, bu mövqenin əsaslandırılması və şərhlərin hazırlanması isə DİN, Ukrayna Baş Prokurorluğu və Ukrayn Təhlükəsizlik Xidmətinin hazırladığı sorğular üzrə həyata keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2352190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR