"Məni ələ salmazdan, təhqir etməzdən əvvəl güzgüdə özünüzə baxıbsınız?! İdeal insan yoxdur. Bəlkə özünüzü ideal sanırsınız?!"

Milli.Az TMZ-yə istinadən bildirir ki, "Victoria's Secret" brendinin modeli, 29 yaşlı Kendis Sueynpul ikinci övladına hamilə olanda fotosunu İnstagram-da paylaşmışdı. Çimərlikdəki Kendisin görüntülərini sərt tənqid etmişdilər.

Oğlu Ariel Nikolini dünyaya gətirəndən 12 gün sonra yeni fotolarını paylaşan Kendis onu İnstagram-da aşağılamağa çalışanlara sərt cavab verib.

"Bu fotolar oğlumu dünyaya gətirəndən 12 gün sonra çəkilib. Vücudumu göstərməkdən utanmıram. Əsloində, qürrələnirəm. Çünki oğlumu bətnimdə 9 ay daşıdım", - Kendis yazıb.

Milli.Az