Antuan Qrizmann, Pol Poqba, Kilian Mbappe və Mario Mancukiviç... Onlar Rusiyada başa çatmış DÇ-2018-in final matçının ulduzlarıdır.

Milli.Az bildirir ki, 19 yaşlı Mbappe Peledən sonra mundialda bu qədər qol vurmuş ikinci gənc, Xorvatiya yığmasının ulduzları Luka Modriç və Mario Mancukiç isə ölkəsini tarixində ilk dəfə olaraq dünya çempionatının finalına çıxarmış oyunçular oldular.

Fransa yığmasına gəldikdə isə, baş məşqçi Didye Deşamın çalışdırdığı komanda ölkə tarixində ikinci dəfə fransızlara çempionluq sevinci bəxş etdi.

Milli.Az