Zəhərli qida qalmaqalı

Zəhərli qida qalmaqalı
16:56 12 Yanvar 2015
209 Dünya
Ölkə mətbuatı
A- A+

Çində zəhərli qidaların insanlara satılması ilə bağlı qalmaqal yaranıb. Xəstəliyi olan donuzların ətini satmaqda şübhəli bilinən 110-dan çox adam həbs edilib.

ANS PRESS xəbər verir ki, Çin telekanallarının məlumatına görə, istintaq çərçivəsində 1000 tondan çox zəhərli donuz əti və donuz ətindən əldə edilmiş 48 ton yağ müsadirə edilib. Bu, Çinin 11 əyalətində eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində mümkün olub.

Şübhəli şəxslər 11 fərqli sindikata mənsubdur. Onların müxtəlif xəstəliklərdən ölən donuzların leşini fermerlərdən ucuz qiymətə aldığı və qeyri-qanuni şəkildə donuz əti və donuz yağı istehsal etdiyi iddia edilir. Müsadirə edilmiş donuz əti və yağının dəyərinin 16 milyon dollardan çox olduğu bildirilir.

Həbs olunanların dəqiq sayı bilinməsə də, onlardan 75-nin artıq hakim qarşısına çıxarıldığı məlumdur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319198

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR