Bütün Fransanın axtardığı qadın Suriyaya qaçdı

Bütün Fransanın axtardığı qadın Suriyaya qaçdı
17:06 12 Yanvar 2015
172 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdə ötən həftə terror törədən yaraqlılardan birinin həyat yoldaşı olduğu güman edilən Hayat Boumedien yanvarın 8-də Türkiyədən Suriyaya keçib.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu bu gün Anadolu agentliyinə bildirib.

XİN rəhbəri deyib ki, o, yanvarın 2-də İspaniya paytaxtı Madriddən İstanbul hava limanına gəlib, qısa müddətə mehmanxanada yerləşib və yanvarın 8-də isə Suriyaya keçib: "Bütün bunlar onu müşahidə etmiş insanla onun telefon söhbətlərinin yazılarından aydın olur. Onunla bağlı aeroportda çəkilmiş videoyazılar var. O, gələndən sonra başqa bir insanla Kadıköy ərazisində mehmanxanada yerləşib və sonra yanvarın 8-də Suriyaya yollanıb."

M.Çavuşoğlu vurğulayıb ki, bizdən soruşmadan əlimizdə olan məlumatları fransız tərəfinə vaxtında göndərmişik.

Xatırladaq ki, onun yanvarın 8-də Parisdə polis əməkdaşını, 1 gün sonra isə koşer mağazasında 4 nəfəri öldürən Amedi Kulibalinin həyat yoldaşı olduğu söylənilir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319211

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR