Göygöldə evə basqın etmiş maskalı quldurlar tutulub

Göygöldə evə basqın etmiş maskalı quldurlar tutulub
17:43 12 Yanvar 2015
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İlkin İzzət/

Göygöldə quldurluq yolu ilə evdən külli məbləğdə pulu, qızıl əşyalarını və ov tüfənglərini almış şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Göygöl RPŞ və Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Üçbulaq kənd sakini Elmidar Mirişov, Neftçala rayon sakini Qorxmaz Manafov və Şabran rayon sakini Qərib Dostəliyev tutulublar.

Onlar yanvarın 4-də Göygöl rayoununda İsa Sovet oğlu Alışanovun 50000 manatını, 3000 manat dəyərində qızıl əşyalarını və 2 ədəd ov tüfəngini quldurluq yolu ilə alıblar.

Qeyd edək ki, hadisə rayonun Üçbulaq kəndində yerləşən evdə baş verib. 3 nəfər maskalı şəxs 43 yaşlı Alışanov İsaya məxsus evə daxil olaraq ev sahibini, onun anası Əsli Alışanovanı və bacıları Matat, Könül və Gülnisəni döyərək onlara bədən xəsarətləri yetirdikdən sonra evdə pulları və qızıl-zinət əşyalarını aparıblar. Yaralılar Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2352297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR