Azərbaycanın 13 rayonunda qədim sikkələr aşkar edilib

17:52 12 Yanvar 2015
437 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 17:48 ]

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanın 13 rayonunda qədim sikkələr aşkar olub.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsinin müdiri Akif Quliyev APA-ya açıqlamasında bildirib ki, son illər Numizmatika şöbəsində Ağsu, Şamaxı, Bakı, Bərdə, Gəncə, Kürdəmir, Cəlilabad, Şəki, Qəbələ, İsmayıllı, Şəmkir, İmişli və Yardımlı rayonlarında aşkar edilmiş sikkələr təmizlənib, təyin edilib və onların kataloqu hazırlanıb.

 

Onun sözlərinə görə, şöbə əməkdaşları Türkiyə, Rusiya, Almaniya, Fransa, Gürcüstan, Qazaxıstan və Türkmənistanda keçirilən beynəlxalq arxeoloji konfranslarda məruzələrlə çıxış ediblər.

 

A. Quliyev qeyd edib ki, numizmatika şöbəsinin əsas fəaliyyət istiqamətlərinə Azərbaycanda sikkə zərbi və pul dövriyyəsinin öyrənilməsi, arxeoloji tədqiqatlar zamanı aşkara çıxarılmış sikkə materiallarının tədqiqi, numizmatika sahəsində mütəxəssislərin hazırlanması və “Azərbaycan sikkələrinin kataloqu” çoxcildliyinin çapa hazırlanması kimi işlər daxildir.

 

Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəhbəri olan A. Quliyev bildirib ki, ekspedisiya Şamaxı yaxınlığında Xınıslı yaşayış yeri və nekropolu, Gülüstan qalası, Ağsu ərazisində Nərgizava, Bico və Cərmədil nekropolları, Qurdtəpə orta əsrlər yaşayış yeri və İsmayıllı rayonunda Hacı Hətəmli və Lahıc nekropollarında arxeoloji tədqiqatlar aparıb. A. Quliyevin tərtib etdiyi “Muradxan Dəfinəsi kataloqu” Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsinin qalibi olub.

 

Qeyd edək ki, institut numizmatika elmi üzrə 6 mütəxəssis (tarix üzrə fəlsəfə doktoru) yetişdirilib. Şöbədə 17 monoqrafiya, 250 elmi məqalə çap etdirilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368802

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR