28 İyun 2017 11:41
- Salam, necəsən? (10:20)
- ... (gördü)
- Ayə, görürsən, niyə cavab vermirsən? (10:21)
- ... (gördü)
- Busan da, yazmaram daha, suyum, çörəyim səndən keçmir ki... (10:22)
Virtual ünsiyyət ayrılıqlara səbəb olur
Elə insanlar var ki, onlarla ancaq real həyatda dost olmaq sərf edir.
Virtual dostluqda olan anlaşılmazlıq üzündən ən yaxın dostlar, hətta bir-birini sevən iki insanın birdəfəlik ayrılıqları baş verir.
Halbuki, onlar bir yerdə olsalar, yüz ayrılıqdan ikisi baş tutmayacaq.
Virtual ünsiyyət yenidir
Bu ünsiyyətin formalaşması üçün zaman keçməlidir. İnsanlar virtual danışıq mədəniyyətinə yiyələnməlidir.
"Üz üzdən utanar" deyiblər. Virtual ünsiyyət zamanı qarşıdakı adamın üzünü görmədiyin üçün onu incidə bilmək ehtimalın da daha yüksəkdir.
Virtual
ünsiyyət zamanı səbirli olmaq lazımdır.
Ən çox incikliklər gec cavab vermək və ya heç cavab verməmək səbəbindən olur. Yuxarıda çəkdiyim misalda olduğu ki, yazışma zamanı qarşıdakı adamın gördüyünü bilirsən, amma cavab vermir ( facebook sağ olsun). O dəqiqə ittihamlar başlanır. Adama vəfasızlıqla sinonim olan bütün sözlər ən sərt şəkildə deyilir. Amma düşünmək lazımdır ki, qarşıdakı insanın cavab verə bilməmək üçün yüzlərlə səbəbi ola bilər. Ruh halı uyğun olmaz və ya texniki nasazlıq ucbatından yaza bilməz və s.
Əsəbi olanda status yazmayın
Bəzi insanlar
dostlardan, yaxın qohumlardan, hətta sevdiyi qadından ayrılanda, o saat sosial şəbəkədə qəmli, dalayıcı,
bəzən də təhqiredici statuslar yazır.
Bir müddət sonra o statusların silindiyini görürsən. Adam yazdığına
peşman olur və silir. Amma bir həqiqət
var ki, sınan ürəkləri bərpa etmək çox çətin
məsələdir və statusun ünvanlandığı adam eyhamın ona
vurulduğunu çox rahatlıqla anlayır... Ona görə də, əsəbi olanda status
yazmamaq daha yaxşı olar.
Ən əsası - insanları
"yükləməyin"
Onsuz da, (zatən) biz millət olaraq yardım etməyi sevirik. Virtual ünsiyyət zamanı bəzən hansısa bir işdə kömək istəyən adam, bunu sadəcə qısa olaraq bildirməlidir. İsrar etmək və tələsdirmək yaxşı effekt vermir. İnsanlar o zaman sənə daha çox kömək etməyə çalışırlar ki, sən onları yükləmirsən. Onun sənə kömək etmək kimi bir məsuliyyətinin olduğunu ona bildirmirsən. Bu, əks təsir yaradır, o insan sənə yüz kömək edəcəkdisə, 10 kömək belə etmir...