METBUAT.AZ

Araşdırma

Əbədi həyatla bağlı insanlığın ən böyük səhfi

21 İyul 2017 10:55

Bəri başdan qeyd edim ki, insanların düşdüyü yanlış düşüncələrdən biri də, onların nəyin bahasına olur olsu, bədənlərini qoruyub saxlamaqla əbədi olacaqları düşncəsinə inanmalarıdır. Bu düşüncə boş yerdən pərvəriş tapmamışdır. Elmin dərinliklərinə baş vuran, getdikcə elmin bəlli bir yerə qədər bəhrələrini görən insan öz əməyinin sonuclarını gördükcə, gerçəkdən ağlı başından çıxır. Ekstaz halına düşür.

İnsanın bəlkə də, elm yoluyla 1000 il də yaşama imkanları özünü təsdiqləyə bilər və biləcək. Zatən qədim bilgilərdə belə bir yaş həddindən kifayət qədər danışılır. Ancaq insanın varlığı, yaşamı onun cəmiyyət və mədəniyyət kondeksində bir mahiyyət kəsb etməsiylə də müşaiyət olunub, olunur. Əgər insanlar deyəlim ki, bəlli bir dövrdən etibarən 1000 il yaşamaq imkanı qazana bilsələr, gərək ki, onların da övladları bu imkanlardan yararlansalar, o zaman nəvələrinin dünyaya gəlişinə imkan qalmayacaq. Insan isə yeni nəsillə cəmiyyəti, mədəniyyəti irəli apara bilir və bu müstəvidə kimliyini isbatlayır. 1000 il yaşama imkanı olan insan nəslinin, topluluğunun yeni nəslə, onun beyninə, gənc düşüncəsinə ehtiyacı olması lazım. Bu gedişatla bu tənzimlənmə əsla mümkün olası bir yol göstərmir. İnsan sadəcə olaraq zahirən, fiziksəl olaraq öz bədənini qoruyacaq, ancaq ruhunun qorunmasına heç cürə nail ola bilməyəcək. Bədənini gənc saxlamağı bacaran varlıq, ruhun da 1000 illik bədəndə qalmasının qarşısını almaqda acizliyini açıq şəkildə görəcək. Çünki 1000 illik bir bədən öz içində uzaq başı 50-60-80-100 yaşın imkanlarındakı ruhu saxlarsa, bu təzadın içindən çıxmaq qarşısı alınmaz xaosla insanı üz-üzə qoyacaq.

Yaradıcı güc əzəl başdan insanin daxili iksirini, ruhunu bəlli yaş həddinə qədər bu dünyaya göndərirsə, onun geriyə dönüşünü də təşkil edəcəksə, demək elmin yaşamasını təmin edəcəyi o 1000 illik insanlar bu dünyada ölü kimi gəzib dolaşacaqlar. Oysa varlıq təzə qan dövranıyla, enerji axınlarıyla, ruhsal bağların gəlişi və dönüşüylə cəmiyyət, mədəniyyət, əxlaq üçbucağında tamamlama işlərini davam etdirir.

**

Öncəki yazımda da qeyd etdiyim kimi, insan oğlu yarandığı gündən bu yana ölümsüzlük anlayışını özünə bayraq edib. Bu duyğu, bu hiss onun həyatı boyunca varlığına hakim kəsilib. Hər şeydə bir çıxış yolu axtaran insan, nəhayət bir gün dərk edib ki, onun gəlib müvəqqəti həyat sürdüyü bu dünya həyatını sonsuza kimi uzatmaq mümkündür. Buelə bir zehniyyət əsrlər keçdikcə insan cəmiyyətlərində, topluluqlarında güclənməyə başlayıb. Elə bu az yaşamaq, ölmək qorxusuyla da yeni yollara, üsullara baş vurmağa başlayıb. Bu üsullardan biri də dünyanın qədim xalqlarının əksəriyyətində bu gün rast gəldiyimiz mumiyalama əməliyyatıdır. İnsanların mumiyalanması əsasən başçıların, zənginlərin, söz sahiblərinin üzərində aparılırdı. Bizim dövrümüzə qədər gəlib çatan mumiylanmış şəxsiyyətlərin həyat hekayələri, kimliyi də bu barədə kifayət qədər bizə məlumat verir.

Mən heç dünyasını dəyişən insanın necə mumyalanmasından danışıb vaxtınızı da almayacam. Bu prosesin özü o qədər də maraqlı və ilginc deyil bəlkə də. Ancaq insanların tarix boyunca ölümsüzlük fəlsəfəsinə bədən qorudub saxlamaqla guya nail olacaqları da fiaskoya uğramış yanaşmadır. Bəli, mumyalama yoluyla insanın bədənini uzun müddət qoruyub saxlamaq mümükündür. Ancaq məntiqi yanaşsaq, ruhu olmayan, yaşamı olmayan dondurulmuş bir bədənin nəyə və kimə lazım olmadığını bildiyiniz zaman, gerçəkdən bu fikrə düşənlər də mumiyalanma xəstəliyindən qurtulacaqlar. ( Çağdaş dünya kamil insan fəlsəfəsinə o qədər köklənib ki, hətta canı, ruh üzərində olan, heç nəyə yaramayan saysız-hesabsız insanı kütləvi şəkildə yox etməyə çalışır.) Məncə, insanlıq tarixinin ən gülməli, ən biabırçı faktlarından biri, dünyadakı həyatını əbədi etmək istəyən insanın mumyalanmağa, dondurulmağa biət edib cani-könüldən inanmasıdır. Fikirimcə, bu qənaəti özündə yüksək və son bir yanaşma olaraq yaşadan insanın düşüncə, ağıl probleminin güclü şəkildə var olmasıdır.

Ümumiyyətlə, əbədi həyat anlayışıyla əlaqədar olaraq insanlıq tarixi iki üsulla, metodla tanış olmuşlar. Bu metodlar sözsüz ki, kənar sivilizasiyalardan təcrübə kimi gətirilməyib, oğurluq kimi götürülməyib. Sonsuzluq qavramı ibarəsiylə bizə qədər gələn bu “çıxış yolu” insanlıq tarixinin öz yaşamından, dünyayla kontaktından, toqquşmasından və bu qarşıdurmadakı fanilik duyğuarının üstün gələrək “qurtuluş” fəlsəfəsini yaratmasından doğmuşdur. Bunlardan biri insanın öz bədənini, fizikasını necə qoruması, digər yolu isə insanın metfizikasıyla bağlı olan ruhunun qorunmasıdır.

Insan hər zaman bədən üzvülərinə qutsal baxmağı bacarmışdır. Ilkin dövrlərdə dərindən dərk edə bilməsə də, sonrakı dönəmlərdə bu bədən üzvülərini dərki reallaşa bilmişdir. O sarıdan hər bir xalqda, millətdə, toplumda insan bədəni müqəddəs hesab edilib. Ona Yaradanın bir əsəri, əmanəti kimi baxmaq, ona xoş münasibət bəsləmək kimi keyfiyyətlər də insan təbiətində tərbiyə olunub. Insan dərk edib ki, əgər o, Tanrının, Yaradıcı gücün əsəridirsə, demək burda bir əmanət anlayşı dövriyyəyə girir. Qədim insan hesab edirdi ki, dünyaya gəlib tədricən böyüyən bədən üzvləri bəlli bir vaxtdan sonra ölümlə sonlanıb atılır və unudulur. Sonucda yoxluğa qarışır. İnsan hər şeyin bu qədər asan olduğuna inanmaq istəmirdi. Bu şübhə həm də onun zehniyyətinin, ağlının inkişafına təkn verdi. Məhz elə mumyalanma düşüncəsinə şüuraltı olaraq düşən insan, bu üsulla özünü yaşatmaq, var etmək eqosuyla bərabər, Yaradıcı Gücün əmanətini dağıdıb yox etməmə sədaqətini də qazandığını zənn edirdi. Beləlikə bir daşla iki quş vurduğuna inanırdı. Digər bir yol isə, bədənin sonucda yox olmasını dəqiq bilən insan, onun içindən ayrılan bir gerçək gücün varlığına da inana bilmişdir. Bəlkə də bu dünyada insanlığın ən böyük qələbəsi ölməyən bir tərəfinin, parçasının olduğunu, onu ölümsüz edən bir varının olduğunu dərk etməsiydi. Məncə, bu dünyaya gələndən insanın ilk və son qələbəsi bu dərkinin, anlayışının olmasıydı. Sonrakı dönəmlərdə dinlər də insanın bu qənaətini cani-könüldən təsdiqlədi. Bir zamanlar necə ki bədən üzvlərinin öldükdən sonra çürüməsini istəməyən insan, onların qorunması üçün mumyadan istifadə edirdisə, bir gün dərk elədi ki, ruhunun da dağılıb yox olmamsı, Şeytana uymaması ümün mütləq və mütləq “mumiyaya- yəni spitual həyata ehtiyacı var. Ruhun paklığ, təmizliyi və qorunub əbədi yolçuluqda var olma imkanları onun bu fani dünyadakı həyatında ibadətlə, gözəlliklərlə sıxı bağlı olmasından asılıdır.

Hər iki halda-insanın fiziksəl və mənəvi inacla özünü əbədi görmə istəyinin içində bir də BÖYÜK İNANCI bu mərhələni tamamladı. Insan dinlərin də köməyi sayəsində inandı ki, onu bədəni nə vaxt ölməsindən, çürüməsindən asılı olmayaraq, bir gün yenidən diriləcəkdir. Bu yenidən dirilişdə ruh da, can da öz yerini bir zamankı bədənində alacaqdır. Düzdür belə yanaşdığımızda bu qənaət olduqca bəsit və gülməli görsənə bilər. Ancaq insanlıq tarixinin ən qızıl dövrü məhz inancla, insanlığın bu qənaəti ilə bağlıdır.

**

Bu dirilmə olacaqmı? Bu dirilmə olacaqsa, necə baş verəcək? Suallarına isə gələcək yazımızda cavab verməyə çalışacağıq...

Xanəmir Telmanoğlu/Metbuat.az


metbuat.az.