METBUAT.AZ

Dünya

Kütləvi qırğın planı

31 İyul 2017 15:29

21-ci əsr həm də insanların kütləvi şəkildə qırılması planının həyata keçirilməsi əsridir.

Sözsüz ki, bu qərarlar 20-ci əsrdə alınsa da, onun həyata keçirilmə mexanizmi yeni əsrdən etibarən müxtəlif üsullarla bəşəriyyət üzərində sınaqdan keçirilir. Bu yöndə son dönəmə qədər dünyanın bir çox ölkələrində məhşur və nüfuz sahibi alimlərin tədqiqatları, yazıları, araşdırmları davam edir.

 Belə fikirlərin səsləndirilməsi adama nağıl kimi gəlir, qeyri-real bir təlqinlərlə adama sirayət edir.

Ancaq zaman keçdikcə görürsən ki, göz önündə baş verənlər qanını dondursa da, bu reallıq, bu həqiqət əsla insanları qorxu-hürkü içərisində saxlamaqdan ötəri deyildir.

 Birbaşa dünya insanını kütləvi yox etmə planı işə salınmışdır. İllüminati planını hər an yer kürəsinin hər bucağında öz ölüm mexanizmini bir an da olsun dayandırmır.

 İllüminati planınının ən bariz nümunəsi müharibə ocaqlarının qalanması, savaşların yayılma sıdır. Bir ölkənin iqtisadi durumu nə qədər aşağı səviyyədə olursa olsun, müharibə vəziyyəti yarandığı zamanı pul yox yerdən də olsa tapılır.

Dünyanı idarə etməyə qalxan Amerika dövləti borc içində üzüsə də, günü gündən bu qırğının tezləşməsi və rallaşması yolunda bir tərəfdən də xərclər sərf etməyindədir.

 Rəsmi milli borcu 15 trilyon dollar olan Amerikanın hər gün borcu təxminən 4 milyard dollar daha da artır. Bu qorxunc rəqəmlərə qarşı Amerika nə edir? Yaxın Şərqədə savaşa girmədiyi və bu ölkələrin dağılması üçün xərcləmədiyi pul qalmadı.

Amerikan hökuməti hərbi xərclərinin 85% nisbətində azaltmaq istəsəydi belə insanları təzyiq altında saxlamaq və ya öldürmək üçün hələ dünyadakı bütün ölkələrdən daha çox xərcləmə etmiş olardı.

Kanada və Avropadakı xalq, bankalardan qaynaqlanan mali çöküntülər səbəbindən dilənçi vəziyyətə düşmüşkən, hökümətlər yeri gəldiyində hələ də hərbi kompaniyaları finansə edirlər. Kanadada Kuveytdə, Almaniyada, Yamaykada, Seneqalda, Keniyada, Sinqapurda, və Cənubi Koreyada hərbi bazalar qurmaq üçün görüşmələrini davam etdirir. Kanada ordusu üçün 2000-ci ildən bu yana sərf edilən hərbi xərclər iki qatına çıxmışdır.

Kanadanın müdafiə naziri Peter Mac Kay belə o vaxtlar demişdi : bunun bilinməsini istərdim, planın əsas məqsədi beynəlxalq missiyalarda, xaricdəki soyqırımlarda yer almaqdan ibarətdir. Bizim NATO-da önəmli bir yerimiz var.

Dünya Ordusunun rəsmi baş mərkəzi NATO hesab edilir.Tabii ki bu beynəlxalq əlaqələrin ardında gizli bir əl kimi NATO oynunu davam etdirir. İnanılmaz həcmdə pullar kollektiv şəkildə bu ölkələr tərədindən soylu ailələr və əsasən də Rokfeller soyunun xəstə və şeytani məqsədləri istiqamətində, kütləvi qırğınlar və insanların qullaşdırılması üçün istifadə edilir.

İnsanların kütləvi şəkildə qırğına tərk edilməsində qlobal istiləşmə və iqlim dəyişgənliyi planı da yer alır.

Əvvəllər az da olsa ədalətli sistemə inanan insanlar artıq gerçəyi bir mənalı şəkildə qəbul etdilər ki, dünyanı şər güclər idarə etməyə başlayıbdır.

 Genetikası ilə oynanılmış qidalar, sulara qatılan fluoride və Əl -Qaidəyə qarşı döyüş bu kateqoriyadan olan nümunələrdən olub hələ də açıq aşikar davam etdirilir.

Yer kürəsində kütləvi şəkildə insanların yox edilmə planı, belə bir sui-qəst nəzəriyyəsi hansısa bir dəlinin ağlının məsulu deyil.Bu plan çoxdanın planı olsa da, olduqca ustalıqla və qədəmə-qədəmə reallaşdırılır. Sağlamlığa zərərli təhlükəli maddələrə məruz qalmaq günü gündən adi yaşam tərzinə çevrilib.

Kompüterlər, simsiz giriş, bədən skanerləri, X şüalarının həddindən artıq istifadəsi, xəstəxanalardakı brauzerlər, radyasyonlu yeməklər, mikro dalğa sobaları, nüvə stansiyalarının fəlakətləri, dünyanın fərqli yerlərindəki döyüşlərdə atılan bombalardaki azaldılmış uran və daha nələr nələr insanların kütləvi şəkildə yox edilməsini sürətlə həyata keçirən faktorlardır.

Yaponiyadakı Fukushima fəlakətinin bir qəza olmadığını göstərəcək dəlillər getdikcə çoxalmağa başladı. Fukushima'nın hələ atmosferə yaymaqda olduğu böyük miqdardakı radiasiya, hava və su yolu ilə Amerika və bütün dünyaya yayılır. Bu yayılım, 1986-ci ildə Ukraynanın Kiyev şəhərindəki Çernobıl qəzasından daha dəhşətli ölçülərə çatıb. Yaponiyanın özü isə onsuz da bu qəzada yetərli qədər məhf oldu.

Əhalinin azaldılması proqramına, genetikası dəyişdirilmiş qidalar, əkinçilik dərmanları, hormonlu ətlər, antibiotiklər, dərman karteşinin çıxardığı dərmanlar, yaşlılara tibbi müalicə tətbiqlərinin azaldılması, təyyarələrdən püskürdülən zəhərli metallar kütləvi qırğınların həyata keçirilməsindəki uzun siyahıdan yalnız bir neçəsidir. Peyvəndlər də bu qırğının bir parçası olaraq insanlara tətbiq edilir.

Xanəmir Telmanoğlu

(Davamını oxumağı qaçırmayın)


metbuat.az.