9 Avqust 2017 12:21
Insanın yaradılşı haqda bilgilər tarixdir, yoxsa mifdir? Bu fikir ayrılığı hələ də davam edir.
Bir gün dünyada ilk insan görünür. Bu ilk insan nə qədər Adəm adıyla dünyaya bəlli olsa da, bir o qədər də bu ilk insanın Adəm olması və bizim təsəvvür elədiyimiz insan bədənində, insan şəklində təzahür etməsi ilə maraq doğurur.
Ancaq nə olursa olsun, bu həyatın başlanğıcında mütləq bir “ilk insan “ faktorunun “işə düşməsi” qaçınılmazdır.+
Islam dini yer üzününün bu “ilkin” adamının Adəm, sonra Həvva olduğunu söyləyir.
Bütün dinlərin ortaq qənaəti də bu teoridən ibarətdir. Üstəlik də insanın torpaqdan, çamurdan yaradıldığına diqqətimizi təkrarən çəkir. Maraqlıdır, əgər ilk insan və insanlıq torpaqdan yaranmışsa, bu torpaqın tərkibi nədir, necədir?
Bu torpaq nədən yaramışdır.? Bəs, bu ilk insan palçıqdan, çamurdan, torpaqdan necə yarana bilərdi? Bu sualların cavabı, əlbətdə ki, vardır. Ümumiyyətlə, Quran torpaqla suyun birləşməsindən insanı yaratdığını bildirir. İndi Quranda İnsanın torpaqdan və sudan yaranması ilə əlaqəsi olan ayətlərdən bəziləri ilə tanış olmağınızı istəyirəm.
“Allahın qatında İsanın vəziyyəti Adəmin vəziyyəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona “ol” dedi və o da oldu.”(Mömün surəsi 23-12).
“Sizi torpaqdan yaratması Onun sübutlarındandır.” (30-20). “O yaratdığı hər şeyi gözəl yaratmışdır və insanın yaradılışını çamurdan başlamışdır.”(32-7). “Və O sudan bir insan yaratdı və ona soy - sop verdi. Rəbbinin hər şeyə gücü yetər.(25:54). “Allah hərəkət edən hər canlını sudan yaratdı” (24:45). İnsan hüceyrələrdən əmələ gələn varlıqdır. Hüceyrələri araşdıırdığınızda, insan hüceyrələrinin 60-80 faizi arasında sudan ibarət olduğunun şahidi olacaqsınız.Çünki bütün çanlılığın təməli sudur. İnsanın ÇAMURDAN yaranmasını deyən din, çamurun torpaq və su qarışımından yarandığını bildirir. Sudan və torpağın qarışığından yaranan ÇAMUR-un isə hər hansı hüceyrənin, mikropun qorunub inkişaf etməsi üçün münbit şəraiti olan məkandır.
Gerçək elm adamı Keith Moore yazırdı ki, Ayət və hədislərin elmi inkişaf mövzusundakı açıqlamalarını biliyimin artması ilə daha yaxşı qiymətləndirəcəyimi hiss edirəm. Din ilə elm arasındakı illər boyu açılan məsafəni və boşluğu Quran və hədislərin işığın altında doldurulacağına inanıram.
İnsanda olan hər yönümülü inkişaf və gəlişmə onu digər canlılardan tərəddütsüz ayırar. Digər canlılarla heç bir əqrabalıq bağlarının olmadığını söyləyir. Bəlkə, bəzi ehtimallarla yadplanetlilərin müdaxiləsi ilə gen qarışımı sayəsində “insan faktoru” ortaya çıxa da bilərdi. Ancaq hələ tələsməyək.
Əgər bir insanı sonsuza qədər böyütmək imkanımız olsa, sonucda kainatın şəklini alacaq. Əgər əlimizdə kainatı kiçiltmək imkanımız olsa, bu insanın bir şəklini alacağından əminəm.
**
Cənnət baxçasında yerləşdirilən Adəmlə Həvva o zamandan bu yana dünyanı, bu bomboş planeti insanla doldurmağa başlayırlar. Elmi dəlillər sübut edirlər ki, o zamankı insan dili simvollar üzərindən cərəyan edirdi. Müqəddəs və qədim kitablarda Adəmlə Həvvanın yaradılışının Cənnət adlı bağçada (Cənnət baxçası) gerçəkləşməsi kimi ifadə yer almaqdadır.
Əgər biz qədim insanların öz dillərini bizə gəlib çatan ifadələri, sözləri üzərində işə salsaq, məlum olacaq ki, məslən, elə o “cənnət baxçası” insanın törəyişə açılmış bətni və ana çənidir. Yəni ki, Adəmlə Həvvanın yerləşdirildiyi yer bu yerdir. Bu “cənnət baxçası” həm də mayalanma sürəcində iştrak edən qadın və erkək hüceyrələrinin bir araya gəlişidir. İnsan yaradılışını ortaya çıxaran 46 xromosomların adları və onlar haqqında kodlanmış bilgilərdir.
Dil bizə Tanrılar tərəfindən hədiyyə edilmişdir. Bunu isə Quran da deyir.İlk yazılarda simvollardan, işarətlərdən əmələ gəldi. Bizə gəlib çatan heroqiliflər 12 min ildən əvvəlin məhsuludur. Şəkillər, işarətlər və simviollar ilk insanların özünü isbatlama və anlatma yoludur, priyomudur. Bu gün Qızıldərilərdə bunu, bu metodu olduqca aydın görmək mümkündür. Biz insanın yaradılışı ilə bağlı qədim mətinlərdən bilgilərimizi sağlam şəkildə almaq istəyiriksə, o mətinlərin bizi aldadacaq qatında deyil, elə öz gerçək anlama, başa düşmə qatında ifadə olunan dilini mənimsəməyimiz lazımdır. Yoxsa keçmişlə, qədim sivilizasiyanın reallıqlarıyla hələ çox üz-üzə durub şübhələrimizi nəsildən nəsilə ötürəcəyik.
**
Zəkanın yaranışı necə ortaya çıxdı bəs? Əlimizdəki ən qədim əski şumer mətnləri tərcümə edildi və çözüldü. Bu mətnlərdə 6 min il öncə istifadə edilmiş texnologiyadan söhbət açılır. Bu əvəzsiz və dünyanı heyrətə gətirən mətnlərdə qızıl axtarışı ardınca bura yerə, planetimizə gələnlərdən söhbət gedir. Şümer mətinlərindəki anlayışların gerçəkmidir, mifalogiyamıdır - indiyə kimi olduqca bu şübhə sürür və davam edir.
Bu bilgiləri, Şumerlərin mətnlərindəki, elmi mat qoyan məlumatları bizlərə yadplanetlilərmi verdi, ötürdü? Bu sualların kökündə həm də, İlk insanın yaradılışıyla bağlı izlər öz cavabını gözləyir, sözsüz ki…
*.*
Bəzi versiyalara və bəzi müasir qənaətlərə görə, insanlar nə zamansa uzaq ulduzlardan dünyaya gəlib yaradılışı burda davam etdirmişdirlər.
Bu inanc, yaradılışla, insan nəslinin başlanğıcıyla bağlı bir versiyadır.
Ancaq nə vaxtsa bizlərə kənar müdaxilələrin edilməsi dəqiqdir. Bütün dinlər, qədim yazılar və mifaloji mətnlərdə yaradılışın başlanğıcıyla, yerdə insan soyunun başlanğıcıyla bağlı bilgilərdə ortaq fikirlər mövcuddur.
Məsələn, həyat dünyadamı başladı, ya başqa bir planetdənmi gəldi insan ? Canlı bakteriologiyanın kosmosdan dünyaya qədər gələ bilməsinin elmi isbatı bu gün artıq çözülmüşdür. 2011-ci il may ayında astrobioloq Asto Hivrd, 4 milyar il öncədən Günəş sistemimizin əmələ gəldiyi bir zamanda buralara gəlmiş ola biləcəyi bir həyat əlamətinin olduğu mövzusunda xəbər açıqladı. Yəni ki, az tapılan, görülən, əldə edilən meteoritlərin içində mikrofosil orqanizmalar və əsgi bakeriyaların olması barədə xəbər verdi. Quyruqlu ulduzlar təkhüceyrəli canlılardan əmələ gələn, oluşan mikroorqanizmaların, amino-asitlərin kosmosun sonsuzluğundan asanca DAŞINMASI üçün ən mükəmməl miniklər və vasitələrdir.Meteoritin içində hüceyrə və mikropların gəlişinin nəzəriyyəsi hələ də çağdaş elm dünyasında mübahisə mövzusudur.(mikrop və hüceyrələrin quyruqlu ulduz və meteoritlərlə gəlişi)
Frenses Klinqin DNA-nı kəşf etməsi insanın yaradılşıyla bağlı nəzəriyyələrdəki bilgiləri zəngiləşdirsə də, təəsüf ki, moderin insanın kökünü DNA axıra kimi öyrənib aça bimir.DNA bir bilgi bazasıdır. Bilgi gendədir.Alimlər insan DNA-sını sona qədər çözüb öyrənə bilmədilər. Əgər bu işin öhdəsindən gəlmək mümkün olsaydı, o zaman yadplanetlilərin, başqa planetdən gələnlərin genetikasını bizim genimizdə çözə bilərdik.
Xanəmir Telmanoğlu/Metbuat.az