METBUAT.AZ

Ölkə

Azərbaycan CANDIR

19 Sentyabr 2017 12:55

Haradan başlasam, iflas! 

Media:

Saytların top onluğunda - “sarı xəbər”lər…

Feysbukda ən çox paylaşılan videolar – bozbaş, mırtlaşmaq, bayağı mahnılar…

Yutubda ternddə olan videolar - “layt” mövzular.

Elvin Mirzəzadənin “mahnı”sına 5 milyon baxış…

Televizyalarda üç gün matəmin ardından toy-bayram.

Maarifləndirici verlişlər yoxdur və olmamağı başa düşüləndir. Axı, baxan yoxdur. Sponsor pul vermir…

Toylar:

Maşın almaq üçün oğluna sünnət toyu etmək…

Üzündən qaramat yağa-yağa oynamaq.

Qonşudan dala qalmamaq üçün masanın üstünə quş südünə qədər qoyub, toydan bir il sona borc qaytarmaq…

Gəlinin cehiz, bəyin ev dərdi…

Toydan qabaq əlöptü, nişan, qız gördü, xına yaxdı, nə bilm, tullandı -düşdü və s. lazımsız adətlər...

İnsanlar:

Üzünə gülüb, 5 metr aralaşan kimi qeybətini etmək.

Yüz yaxşılıq edib, bir dəfə edə bilməyəndə (vaxtın, imkanın olmayanda) pis adam kimi ifşa olunmaq.

Keçiddən keçməmək…

Avtobusun, metronun qapısının ağzına yığışmaq. “Arxa tərəf getmir”

…Və onlarla, yüzlərlə buna oxşar çatışmazlıqlar.

Problemin ən böyük səbəbi isə - TƏHSİLSİZLİKDİR.

Bizim yaxşı toylarımız da var, yaxşı xəbər oxuyanlarımız da var, yaxşı verilişlərə baxanlarımız da var. Amma təəssüf ki, azdır.

İnsanların informasiyanı qəbul etmək bacarığı onların təhsil səviyyəsindən aslıdır. Adam oxuduğu cümləni beynində emal edə bilmirsə, niyə oxusun ki?..

İzlədiyi marifləndirici videolardakı bir-çox sözləri təzə eşidibsə, niyə yorulub, bağlamasın ki..?

Niyələr çoxdur. Ən böyük “NİYƏ” isə təhsildir.

Niyə bizdə təhsil səviyəsi bu qədər aşağıdır?..

Statistikanı demirəm haa, reallığı deyirəm!

Bütün bunlara baxmayaraq, Azərbaycan CANDIR. Vətəndir…

Bahadur Seyidov


metbuat.az.