25 Sentyabr 2017 10:32
Kürdlər öz dövlətlərini qururlar. Bu, neçə ilə yekunlaşacaq, bilmirəm. Amma görünən budur ki, İraqdakı, Suriyadakı oyunların, hətta Əkiz qüllələrin partladılmasının fonunda dayanan əsas məsələ - elə kürdüstan imiş... Bir kürdüstan ki, regionda əsas güclərdən biri olan Türkiyə üçün həmişə başağrısı olacaq. Heç Azərbaycan üçün də hər şey yaxşı olmayacaq...
Bərzani Şimali İraqda referendumu keçirir.
Şimali İraqda Bərzaninin dövlət qurma mərhələsinə gəlməsi şübhəsiz ki, bir Amerika layihəsidir. İraqa hücum ilə ölkəni parçalanma mərhələsinə gətirdi və Bərzaninin dövlət qurmaq prosesini sürətləndirdi.
Bu, Bərzani üçün "tarixi bir uğur " olacaq: Qurucu Ata!
ABŞ yarıkönül "Referendumu təxirə sal" desə də, olmadı.
ABŞ bəlkə də, bunu istəyir: "Hələ dayan qardaşım, o Suriyada Kürd bölgəsi məsələsini də bitirim, sonra baxarıq".
Görəsən, Türkiyə prezidenti Ərdoğan ilə görüşən Trumpın "İki ölkə heç vaxt olmadığı qədər yaxındır" deməsi nə anlama gəlirdi…
Amerikanın PKK terorçularına silahdırmasını dilə gətirən Ərdoğan "iki ölkə heç vaxt olmadığı qədər yaxındır" sözünə niyə gülümsəyir?..
Ankara həqiqətən Bərzaninin müstəqillik referendumuna qarşıdırmı?
Əgər qarşıdırsa, İraq Kürdüstanına qarşı bir hərbi müdaxilə olmalıdır.
Hər kəs bunu gözləyir!