METBUAT.AZ

Sosial

Kərkükdə vəziyyət necədir?

25 Sentyabr 2017 16:56

Şimali İraqdakı referendumdan bir gün əvvəl Cəlal Talabaniyə bağlı Kürdüstan Vətənpərvər Birliyi üzvlərinin Kərkükün eks valisi Nəcməddin Kərimiyə qarşı çevrilişə cəhd etdiyi bildirilir.

Metbuat.az-ın məlumatına görə, bir neçə birlik üzvü, Təlabaninin qohumu da daxil olmaqla hərbi gücdən istifadə edərək Kəriminin yerinə keçmək, bununla da müstəqillik referendumunun Kərkükdə keçirilməsinin qarşısını almağa çalışdıqları deyilir.

Şimali Kürdüstan liderinin köməkçisi Rəsul Ali Məsud Bərzani tərəfindən məsələnin həlli üçün Kərkükə göndərilib. 1500 nəfərlik heyətlə Kərkükə gələn Rəsul Ali bunun qarşısını alıb.

Səhər saatlarından başlayaraq referendum Kərkükdə də keçirilir.

Kərkükdə yaşayay türkmən jurnalist Zülfüqar Kərküklü hazırda orada vəziyyətin necə olduğu ilə bağlı Metbuat.az-a eksklüziv açıqlama verib:


“Hazırda Kərkükdə şəhər mərkəzindəyəm. Səhər saat 08:00-dan referendum başlayıb, səsvermə sakit şəkildə keçir. Peşmərgə hər yerə nəzarət edir, amma kürdlərlə türkmənlər referendum keçirilir deyə şənlik edirlər, havaya atəş açırlar”.

- Hər hansı bir qarşıdurma gözlənilmir ki?

- Bu ana qədər nə Türkiyədən, nə də İraq mərkəzi hökumətindən heç bir qüvvə gəlməyib. Amma İraq hökuməti dünəndən bəri açıqlamalar verir ki, referendum keçirilsə, hər an hərbi müdaxilə edə bilərik. Bəlkə də qarşıdakı saatlarda, yaxın günlərdə hər hansı qarşıdurma ola bilər, amma hələ ki, sakitçilikdir.

- Belə bir məlumat yayılıb ki, 1700 PKK-lı Kərkükə gəlib, bir neçə nöqtədə yerləşiblər

- Doğru xəbərdir, hər yerdə peşmərgə əsgərləri var, Kərkükə nəzarət edirlər. Dünən axşamdan da çoxlu sayda PKK-lı havaya atəş açır, küçələrə nəzarət edirlər. Amma sayları ilə bağlı məlumatım yoxdu.

- Belə bir məlumat da yayılıb ki, Cəlal Təlabaniyə bağlı qüvvələr Kərkükün eks valisi Nəcməddin Kərimiyə qarşı hərbi çevrilişə cəhd edib. Amma Bərzaninin tərəfdarları bu cəhdin qarşısını alıb. Belə bir məlumat varmı?

- Televiziyadan və sosial şəbəkədən belə məlumatlar eşitmişəm, qarşısı alınıb deyirlər, amma bu haqda dəqiq məlumatım yoxdur.

- Kərkükdə səsverməyə maraq necədir, seçkiyə qatılanlar çoxdur?

Səsverməyə gedənlər var, amma hamısı kürdlərdir, ərəblər getmirlər. Amma miqrant ərəbləri məcburi aparırlar.

Günay Elşadqızı

Oral Mədənçi

“Bu, Bərzaninin fikri deyil, arxasında siyasi qüvvələr var” - OXUMAQ ÜÇÜN TIKLA


metbuat.az.