METBUAT.AZ

Siyasət

“Prezidentin qərarı humanist dövlət olduğumuzu göstərdi”

12 Sentyabr 2017 11:37

Məlum olduğu kimi, ötən gün prezident İlham Əliyev iki mühüm qərar verdi. Bunlar “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi və Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər etmiş Aleksandr Lapşinin əfvi idi.  

Prezident İlham Əliyevin mühüm qərarları ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə bildirib ki, bu, Azərbaycan dövlətinin hüquqi, demokratik və humanist bir dövlət olduğunu göstərir:


“Cənab prezident atdığı addımla Azərbaycan cəmiyyətinin, dövlətinin xarakteristikasını ortaya qoya bildi. Bu xarakteristikanın yaranmasında cənab prezidentin rolu var. Prezidentin Mehman Əliyevlə bağlı etdiyi tövsiyə onun mətbuata həssas münasibətini göstərir. Mehman Əliyevin üzərində həmin o istintaq gedişatı götürülməyib, yenə də həmin suallara cavab verməlidir. Ancaq mətbuat işçisi olduğuna görə onun istintaq gedişində həbs-qətimkan tədbiri dəyişdirildi”.


Millət vəkilinin sözlərinə görə, Aleksandr Lapşinlə bağlı məsələ isə bütün dünyaya Azərbaycanın özünün milli maraqlarının həmişə yüksək səvviyyədə qoruyacağının misalı idi:

“İşğal altında olan torpaqlarımıza icazəsiz, Ermənistan siyasi dairələrinin təhriki ilə gedilməsi yolverilməzdir. Lapşin bunu yaxşı bildiyi halda işğal olunan ərazilərimizə gedib. Bu səbəbdən də məhkəmə quruldu. Bununla belə, bu gün onun əfv edilməsi bir tərəfdən Azərbaycanın ərazilərinə qeyri-qanuni girənlərə böyük bir xəbərdarlıq idi. Digər tərəfdən isə məqsəd cəzalandırmaq deyildi, maarrifləndirmək, Azərbaycanın suveren hüquqlarını daima qoruyacağını göstərməkdən ibarət idi. Prezident İlham Əliyevin hər iki mühüm qərarı beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib”.


Xatırladaq ki, sentyabrın 11-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə “Turan” İnformasiya Agentliyinin həbsdə olan direktoru Mehman Əliyev azadlığa buraxılıb. Belə ki, onun haqqındakı həbs-qətimkan tədbiri dəyişdirilib. Qazaxıstan səfərindən qayıtdıqdan sonra Mehman Əliyevin həbsi ilə bağlı prezident İlham Əliyevə məlumat verilib. Dövlət başçısı isə prokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə edib.

Bundan əlavə, prezident İlham Əliyev Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin.

Günay Elşadqızı \ METBUAT.AZ






Türkiyə bütün Yaxın Şərqi darmadağın edə biləcək silah aldı – TƏSDİQLƏNDİ - OXUMAQ ÜÇÜN TIKLAYINhttps://metbuat.az/news/789084/turkiye-butun-yaxin-serqi-darmadagin-ede-bilecek-silah-aldi.html



metbuat.az.