METBUAT.AZ

Ölkə

Zahid oruc

24 Noyabr 2017 16:25

Şübhəsiz ki, Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı uzun illərdir ki, ayrı-ayrı mərhələlər üzrə icra olunmaqdadır. 2013-cü ildə AB proqramı daha da inkişaf etdirərək onu Assosiativ üzvlük səviyyəsinə çatdırmağa çalışırdı. İlk maraqlar bildiyiniz kimi, Ukraynada toqquşdu. Rusiya bunu özünün iqtisadi və siyasi, daha çox da təhlükəsizlik mənafeləri üçün hərəkət saydı. Bu səbəbdən real toqquşmalar hərbi səviyyədə silahlar vasitəsilə də gördük və bu səbəbdən Qərb bir qədər planlarını ertələdi, onu müxtəlif paytaxtlarla razılaşdırmağa çalışdı, səbr nümayiş etdirdi. Həmçinin Rusiyanı daha çox dilə tutmaq yox, daha çox müxtəlif sanksiyalarla küncə sıxmaq və beləliklə də onun nüfuz dairəsindən bu 6 ölkəni çıxarmaq planları üzərində işlədilər. Görünür ki, Rusiyada hazırki sammitlə bağlı xüsusi təsir və təzyiq silahları, yaxud bu ölkələrlə hədə formasında danışmaq yolunu seçmədi. Bu, çox önəmli məsələdi. Avropa Birliyi həmin 6 dövlətlə fəal siyasi planlarını ərsəyə gətirsə, bu halda NATO qeyd olunan ölkələrdə özünün infrastrukturunu yaradacaq. Bu da təsadüfi məsələ deyil. Çünki gördünüyüz kimi, son iki gündə keçirilən görüşlərdən bir qismi NATO-nun Baş katibi Cens Stoltenberqlə reallaşdırılır. Bu o anlama gəlir ki, AB ilə razılaşdırılmış sənədlər NATO tərəfindən dəstək tapır, müdafiə olunur. Qarantverici rolda həmin hərbi siyasi qurum iştirak eliyir. Deməli ki, söhbət təkcə iqtisadi yaxınlaşmadan, Avropanın çox mühüm texnoloji infrastruktur üstünlüklərindən bəhrələnməkdən getmir, bir qədər sanki bu dövlətlər regionun təhlükəsizlik sistemindən qopub, başqa bir məkana daxil olmuş olurlar. Bu əlbəttə ki, Rusiya tərəfindən çox ciddi təhlükə kimi qəbul olunmaqdadır. Bu səbəbdən, hamımız çox böyük səbrlə və ümidlə izləyirik ki, ölkə rəhbəri İlham Əliyev şəxsən özünün iştirakı səviyyəsində bundan əvvəl son iki dəfə Avropa Birliyinin nümayəndələrini qəbul edərkən bildirmişdi ki, orada da açıq şəkildə bildirmişdi ki, şəxsən bu tədbirə qatılacaq, tərəddüdü yoxdur. Bu da o deməkdir ki, Azərbaycan Avroatlantik məkanla əlaqələrini yaxşı saxlamaq fikrindədir, baxmayaraq ki, biz bu gün regional geopolitik düzəni dəqiq nəzərə alıb, NATO-ya üzvlük məramını, planını qarşıya qoymamışıq, ancaq yaxından əlaqələrin tərəfdarıyıq.

Prezident İlham Əliyev bu səfərdə xüsusilə Qarabağ məsələsində Avropa Birliyindən açıq və dəqiq, eyni zamanda digər ölkələrə göstərilən münasibətlərin eynisini tələb edir. Bu mövqedə biz haqlıyıq, çünki Ukraynada ərazi bütövlüyü məsələləri yanaşması mövqeyini ortaya qoyub Krım üçün hər hansı siyasi təyinetmədən danışmırsansa, hesab edirəm ki, Qarabağ məsələsində də bu mövqeyi irəli qoyulmalıdır.

Erməni tərəfində də dediyiniz kimi media orqanlarında başlıq bu istiqamətdədir ki, Sarkisyan bugünkü razılaşmalarda iştirak etdiyi təqdirdə, baxmayaraq ki, bunun bütün tərəfləri Rusiya ilə razılaşdırılıb, ancaq digər tərəfdən Qərb Qarabağ məsələsində Azərbaycanın bütövlüyü problemini qoyduğu təqdirdə Sarkisyan bu Sammiti poza bilər və orada dağıdıcı rolda çıxış edə bilər. Çünki qərarlar bütün hallarda qəbul ediləcək. Son məlumatlar bundan ibarətdir ki, artıq Qarabağ məsələsi deyil, ümumən münaqişələr terminindən istifadə olunub və yəqin ki, ratifikasiya edilən sənədin tam mətni ölkələri parlamentlərinə daxil olanda dəqiq biləcəyik. Amma ümumən götürdükdə ölkə başçısı Azərbaycanın mənafelərini hər zaman olduğu kimi ifadə etməkdədir. Bu gün də tədbirin ayrı-ayrı hissələrini müşahidə edəndə hiss etdim ki, ölkə başçısı son dərəcə inamlı və qətiyyətli formada bütün bu məsələləri ifadə etməkdədir. Bu bizim, siyasi, iqtisadi, eyni zamanda Qarabağla bağlı mənafelərimizin xeyrinə işləyir.


metbuat.az.