METBUAT.AZ

Siyasət

“Nazir dəyişikliyi bu sahədə aparılan işlərin daha da yaxşılaşdırılması istəyidir”

9 Dekabr 2017 10:39

“İki nazirin çıxarılması, birinin isə yenidən təyinat alması adi kadr dəyişikliyidir”.

Bunu Metbuat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili bildirib ki, cənab prezident bu iki nazirlik qarşısında yeni vəzifələr görür, orada işin daha da gücləndirilməsi istiqamətində addımların atılmasını daha vacib sayır:

“Yəni bu baxımdan, yeni vergilər nazirinin təyinatı və yeni təhsil nazirinin nə zamansa təyin edilməsi əlbəttə ki, Azərbaycanda bu sahədə aparılan işlərin daha da yaxşılaşdırılması istəyindən irəli gələn məsələdir. Daha əvvəl təhsil naziri olan Mikayıl Cabbarov, Vergilər Nazirliyində işi daha da canlandıracaq və nəticələr əldə ediləcək”.

Günay Elşadqızı / METBUAT.AZ

“Partiyamız gələnilki seçkilərdə də qalib gəlmək əzmindədir” - Aydın Mirzəzadə


metbuat.az.