METBUAT.AZ

Siyasət

“Onların bu addımı heç cəmiyyətdə hiss olunmur”

22 Fevral 2018 13:20

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev aprelin 11-də növbədənkənar seçkilərin keçirilməsi üçün sərəncam verib. Artıq seçkilərdə iştirak etmək istəyənlərin namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir. Milli Şura isə aprelin 11-nə tәyin edilәn növbәdәnkәnar prezident seçkilərini boykot etdiyini və seçkilərə qatılmayacağını bildirib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Elman Nesirov bildirib ki, aprelin ayında ölkəmizdə çox mühüm ictimai-siyasi hadisə baş tutacaq.Bu isə ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqədardır: “Milli Şura, Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkiləri boykot edib, amma demək olar ki, onların bu addımı Azərbaycan cəmiyyətində heç hiss olunmur. O səbəbdən ki, bu qüvvələrin faktiki olaraq ölkədə heç bir sosial bazası yoxdur. Onların keçirdiyi adda-budda mitinqlərə baxsanız, qohum-əqrabaları, dost-tanışları ilə birgə maksimum 700-800 nəfər toplaya bilirlər. Bütün bunlar onu göstərir ki, indiki halda radikal müxalifətin belə bir addım atması ilk növbədə onların zəifliyinin nəticəsidir.

Əgər Milli Şura lazımi səviyyədə gücə və potensiala, yəni Azərbaycan xalqı tərəfindən böyük dəstəyə malik olsaydı, əslində hakimiyyətə təşəkkür edəcəkdi ki, nə yaxşı seçkilərin vaxtı oktyabrından aprelə keçirildi. Belə olan halda da onların hakimiyyətə gəlmək müddətləri qısalmış olardı. Onlar bu gün niyə seçkilər getmirlər? Çünki o gücün, o potensialın sahibi deyillər, Azərbaycan xalqı onları qəbul etmirlər və bu qüvvələrin 1990-cı illərin əvvəllərində hakimiyyətdə olarkən xalqın başına nələr gətirdiyinin fərqindədilər. Ona görə də hesab edirəm ki, bu qüvvəllər seçkidə iştirak etməməklə özlərinin bütün simalarını, hansı səviyyədə olduğunu ortaya qoyurlar.

Ötən il fevralın 21-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva I vitse-prezident seçildikdən sonra fevralın 27-də Rusiyanın “Rossiya-24” telekanalına müsahibəsində belə bir fikir işlətdi ki, “Hakimiyyətə qarşı müxalifətdə olmaq mümkündür, amma öz ölkəsinə qarşı müxalifətdə olmaq lazım deyil. Ən dəhşətlisi elə budur, hansısa şəxsi xırda ambisiyalarına görə sən öz ölkənə, əslində, xalqına qarşı müxalifətdə olmağa hazırsan. Bax, bu, dəhşətlidir”. Bugünkü hadisələr də onu göstərir ki, bu insanlar öz cılız məqsədləri naminə bütün Azərbaycan xalqına qarşı müxalifətdə olmaq iddiasına düşüblər. Xalq isə bunu etmir, xalqın gözü tərəzidir. Hesab edirəm ki, bu qüvvələr ki, indi baykot yolunu seçiblər, ilk növbədə o sualın cavabını tapsınlar ki, niyə bu qədər zəifdilər, niyə xalq onları qəbul etmir. Bunun səbəbi nədir, nə etmək lazımdır ki, Azərbaycan xalqı onlara rəğbət göstərsin? Nə qədər ki, bu sualların cavabını tapa bilməyiblər, nə qədər ki, günahı özlərində görmürlər və nə qədər ki, konstruktiv müxalifət ola bilməyiblər, nə qədər hakimiyyətə qarşı deyil, Azərbaycan xalqına qarşı müxalifətdə dayanıblar, bu qüvvələrin heç bir zaman sosial bazası olmayacaq və ömürləri boyunca radikal müxalifətdə qalmağa davam edəcəklər”.

Günay Elşadqızı / METBUAT.AZ

Millət vəkilləri və politoloqlar Metbuat.az-dan danışdı – 1 YAŞ


metbuat.az.